"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

R.Xəlilov: “işçi qrupu məhsuldar iş ortaya qoyub”

--2017-03-03 / 18:18

“2016-ci ilin fevralında Milli Məclsin Regional Məsələlər Komitəsinin qərarıyla yaradılan işçi qrupu çox məhsuldar iş ortaya qoyub”- bu fikriləri Milli  Məclsin  üzvü   Rüstəm Xəlilov  komitənin iclasında bildirib. Onun sözlərinə görə,  qrupda aparılan işlər nəticəsində beş qanun layihəsi hazırlanıb. Bu gün faktiki olaraq  hazırlanan qanun layihəsinin ikisi komitə üzvlərin müzakirəsinə çıxarılıb.  Digər üç qanun layihəsinin isə müvafiq qurumlarla razılaşdırma prosesi  gedir.

Hazırlanan qanun layihəsinin biri “Bələdiyyələrin statusu haqqında” qanunla bağlıdır. Belə ki, 30-cu  maddənin ikinci hissəsində  “Bələdiyyələr  hüquqi və fiziki şəxslərin yerli vergilər  və ödənişləriylə bağlı borcları barədə,  onların müraciəti əsasında,   beş iş günündən  gec olmayaraq arayış verməlidirlər. Təklif olunan variantda  beş iş günü bir iş günü ilə əvəzlənib.

R.Xəlilovun fikrincə, bu dəyişiklik bələdiyyə-vətəndaş münasibətlərinin yaxşılaşmasına, həm də vətəndaşların bələdiyyələrə olan borclarının ləngimədən ödənməsinə təkan verəcəkdir.

Belediyye.info

 

ŞƏRHLƏR